elektromaqnit uyğunluğu

Radioelektron vasitələrinin və (və ya) yüksək tezlikli qurğuların qəbul olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində digər radioelektron vasitələrinə və (və ya) yüksək tezlikli qurğuların işinə yolverilməz maneələr yaratmadan işləmək qabiliyyəti

elektroenergetika sistemi
elektron imza
OBASTAN VİKİ
Elektromaqnit
Elektromaqnit – maqnit sahəsi yaradan qurğu. Tipik elektromaqnit dəmir və ya polad mil üzərinə sarınmış naqildən ibarətdir. Naqildən cərəyan keçəndə maqnit sahəsi yaranır. Elektromaqnitlərdən, məsələn, disksürənlərdə diskin səthində yazılış aparmaq üçün istifadə olunur.
Elektromaqnit dalğaları
Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır. Elektromaqnit dalğalarının yayılma sürəti — sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq — dalğa uzunluğu 0,4mkm÷0,76 mkm (1mkm=10−6m) intervalında olan elektromaqnit dalğalarıdır. Ultrabənövşəyi şüalar — dalğa uzunluğu 4·10−7÷4·10−9m intervalında yerləşən elektromaqnit dalğalarıdır. Rentgen şüaları — dalğa uzunluğu 2·10−9÷6·10−10m intervalında yerləşən elektromaqnit dalğalarıdır. ɣ(qamma) şüalanma — dalğa uzunluğu 10−11÷10−13m intervalında olan elektromaqnit dalğalarıdır.
Elektromaqnit hadisəsi
Elektromaqnit impuls
Elektromaqnit impuls (ing. Electromagnetic pulse, EMP) partlayışdan sonra meydana gələn (əsasən nüvə partlayışları) və elektron cihazlara zərər verən dalğalardır. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində ABŞ tərəfindən elektron bomba (e-bomba) kimi istifadə edilmişdir. ABŞ-nin 2003-cü ildəki İraq müharibəsində də istifadə etdiyi iddia edilir. Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar.
Elektromaqnit induksiyası
Elektromaqnit induksiyası — maqnit sahəsində hərəkət edərək öz konturundan keçən maqnit induksiya xətlərinin sayını dəyişdirən keçirici konturda elektrik cərəyanıdır. Elektormaqnit induksiyası 1831-ci ildə Maykl Faradey tərəfindən kəşf olunmuşdur. İnduksiya cərəyanının şiddəti konturla hüdudlanmış səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə mütənasibdir. Bu ifadənin tənliyi aşağıdakı kimidir: h' E = − d Φ B d t , {\displaystyle {\mathcal {E}}=-{{d\Phi _{B}} \over dt},} Elektromaqnit induksiyası hadisəsi qapalı keçirici konturun əhatə etdiyi səthdən keçən maqnit selinin dəyişməsi zamanı konturda cərəyan yaranmasıdır. Maqnit induksiya vektorunun modulu, konturun sahəsi və konturun normalı ilə induksiya vektoru arasında qalan bucağın kosinusu hasilinə maqnit induksiya seli deyilir. Maqnit seli skalyar kəmiyyət olub, mənfi və ya müsbət qiymət ala bilər.
Elektromaqnit sahəsi
Elektromaqnit sahəsi - elektrik və maqnit sahələrindən yaranan fiziki sahə. == Elektromaqnit sahəsinin insan orqanizminə təsiri == İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, cib telefonları, simsiz uşaq telefonları... bütün bunlar elektromaqnit sahəsi yaradırlar. Qazi Universitetinin Non-İonizan Radiasiyadan Qorunma Mərkəzinin əməkdaşı Fırlarer elektromaqnit sahəsinin yaydığı dalğalar nəticəsində psixoloji narahatlıqların, görmə funksiyalarında çatışmazlıqların, immunitet sistemində zəifliyin meydana çıxdığını bildirir. Naqilsiz Internetdən istifadə ediriksə, ilk növbədə, bundan imtina etməliyik. Qonşunun naqilsiz Interneti də mənzilimizə təsir edir. Mikrodalğalı sobadan mümkün qədər az istifadə etməliyik. İstifadə etsək də, həmin müddətdə mətbəxdə çox olmamalı, uşaqlarımızı bu sahədən kənar etməliyik. LCD televizorları qazla işləyən televizorlara və plazma televizorlarına nisbətən daha az elektromaqnit sahəsi yaradır. Kompüterin monitorunda və televizorlarda LCD ekranlarından istifadə edilməsi daha məqsədəuyğundur.
Elektromaqnit spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Elektromaqnit uyğunluq
Elektronmaqnit uyğunluq 1. Başqa qurğudan gələn xarici elektromaqnit maneəsinin və sahəsinin (qəsdən törədilməmiş) təsirinə baxmayaraq elektron avadanlığın normal işləyə bilməsi; məsələn, kompüterin yanında olan televizor maneəsiz işləməlidir. 2. Qurğunun öz elektromaqnit şüalanmasını başqa qurğuların işinə təsir etməmək səviyyəsinədək məhdudlaşdırması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017.
Elektromaqnit şüalanması
Elektromaqnit şüalanması (ing. Electromagnetic radiation, rus. Электромагнитное излучение) — elektrik və maqnit sahəsinin komponentlərini ilə özünü saxlayan enerjidir. Elektromaqnit şüalanması tez-tez "işıq", EM, EMR və ya elektromaqnit dalğaları kimi adlandırılır. Elektromaqnit enerji dalğalarda hərəkət edir və çox uzun radio dalğalarından çox qısa qamma şüalarına qədər geniş bir spektri əhatə edir.
Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər. Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər. Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır. Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.